Mayın 6-dan jurnalistlərə vaksinin ikinci dozası vurulacaq

SOSİAL 04 may 2021, 15:49
May ayının 6-dan Azərbaycan Mətbuat Şurasında “COVID-19” əleyhinə vaksinasinin birinci dozasının tətbiq edildiyi jurnalistlərə vaksinin ikinci dozası tətbiqinə başlanılacaq.

Bu barədə Demokrat.az-a Mətbuat Şurasından məlumat verilib.

Aprel ayının 9-da vaksinasiyadan keçmiş media təmsilçiləri üçün ikinci doza may ayının 6-da, aprelin 12-i və 13-ü tarixlərində birinci doza tətbiq edilmiş jurnalistlərə mayın 16-da ikinci doza tətbiq ediləcək.

Aprelin 26-da vaksinin birini dozası tətbiq edilən jurnalistlərlə bağlı isə əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, vaksinasiya Mətbuat Şurasının binasından keçiriləcəkdir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top