Abşeronda kürəkən qayınatasını döydü — Təfərrüat


KRİMİNAL 04 may 2021, 14:33
Abşeron rayonunda 1986-cı il təvəllüdlü Nurlan ailə münaqişəsi zəminində qayınatası Qəribxana xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, Nurlan azyaşlı qızı Zəhranı aparmaq üçün arvadının valideynləri ilə birgə yaşadığı evə gəlib.

O, bu zaman arvadı ilə mübahisə edib. Mübahisə zamanı arvadının ünvanına nalayiq ifadələr işlədib. Kürəkənini bu hərəkətinin qarşısını almağa çalışan Qəribxan onun tərəfindən döyülüb.

İstintaq orqanı tərəfindən Nurlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Nurlan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, 2009-cu ildə ailə qurub, rəsmi nigahdan iki övladı var: “Arvadımla aramızda narazılıq olduğu üçün təxminən hadisədən 1 ay əvvəl ayrı yaşayırıq. Azyaşlı oğlum mənimlə, azyaşlı qızım Zəhra isə anası ilə qalır. Hazırda arvadım qayınatam Qəribxanın evindədir”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü saat 17 radələrində qayınatasının evinə gedib: “Azyaşlı qızımı aparmaq üçün geyindirən zaman qayınatam mənə atmaca atmağa başladı. Bu səbəbdən aramızda mübahisə yarandı, qayınatam mənə yaxınlaşdı, yumruqla ağız nahiyəmdən vurdu. Həmin vaxt qayınatamı itələdim və o yerə yıxılaraq, başı radiatora dəydi.

Bundan sonra yerdən qalxaraq ünvanıma nalayiq ifadələr işlətdi. Onun söydüyü söyüşdən əsəbləşdim. Badalaqla onu yerə yıxdım və yerdə olan zaman köynəyindən tutaraq özünü sağa-sola silkələdim”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Qəribxan kürəkəni tərəfindən amansızlıqla döyüldüyünü qeyd edib. O, baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyini bildirib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb.

Nurlanın barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.(teleqraf.com)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top