Gəncə-Daşkəsən avtomobil yoluna qaya parçaları düşüb — FOTO


HADİSƏ 02 may 2021, 18:42
Daşkəsən rayon ərazisində torpaq sürüşmə olub, qaya parçaları avtomobil yoluna düşüb, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, son günlər yağan güclü yağışlar səbəbindən torpaq sürüşməsi olub.

Gəncə-Daşkəsən avtomobil yolunun Daşkəsən rayon Bayan, Qızılca və Danayeri ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yola düşüb.

Avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.Hazırda aidiyyəti qurumlar tərəfindən yaranmış problemin aradan qaldırılması istiqamətində işlər görülür.



 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
14 iyn 2021, 16:18
Top