"Şahdağ Turizm Mərkəzi"nin rəhbəri yenidən azərbaycanlı oldu


TURİZM 30 apr 2021, 13:55
Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Demokrat.az xəbər verir ki, bu, Səid Salayevdir. O, vaxtilə Mingəçevir Turizm Kollecinin direktoru olub və "Şahdağ Turizm Mərkəzi"nin sədri vəzifəsində 2018-ci ilin sonunda təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top