Şəhid Xudayarı təhqir edənin döyülməsinə qardaşından reaksiya: "Kim edibsə, çox gözəl iş görüb"

GÜNDƏM 29 apr 2021, 10:27
Xəbər verdiyimiz kimi, sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında nalayiq ifadələr işlədən şəxs döyülüb. Fuad Rəsulzadə adlı gənc bir müddət öncə “tvitter”də “Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazmışdı. Bu sözlər sosial şəbəkədə kəskin etirazla qarşılanmışdı. Dünən gecə həmin gəncin döyülməsi ilə bağlı video sosial şəbəkədə paylaşılıb.

Məsələ ilə bağlı Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə Demokrat.az saytına açıqlamasında bu addımı atan şəxslərə təşəkkür edib: 

"Həmin şəxsin döyülməsi ilə bağlı məlumatım yoxdur, amma kim edibsə, yaxşı edib. Şəhidlər haqqında bu cür danışan şəxslərin aqibəti belə olmalıdır. Azərbaycanda belə insanlar yaşamamalıdır. Elə onların belə vəziyyətlə üzləşməsi, ölkədən getməsi yaxşıdır. Biz o insanın burda yaşamasını istəmirik. Eyni havadan nəfəs almayaq. Şəhidlərin qanı olan bu torpaqlarda niyə elə qeyrətsiz insanlar yaşamalıdır? Onu döyən şəxslər sağ olsunlar, Allah onlardan razı olsun. Kim edibsə, çox gözəl iş görüb”.

O, məlum status paylaşılan zaman aidiyyatı qurumlara müraciət etdiklərini də vurğulayıb:

“Həmin status paylaşılanda çox təəssüflənmişdik. Lazımi müraciətlərimiz oldu, amma üzərindən çox keçmədən bu hadisə baş verdi”.



Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top