Arutyunyan: “Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul ediblər”

DÜNYA 28 apr 2021, 12:46
Separatçı rejimin qalıqlarının “başçı”sı Araik Arutyunyan müharibənin nəticələrinin onun üçün 2020-ci ilin oktyabr ayının əvvəlində aydın olduğunu, ancaq Ermənistandakı siyasi qüvvələrin hərbi əməliyyatların erkən dayandırılması ilə bağlı bir fikir birliyinə gələ bilmədiklərini açıqlayıb.

Arutyunyan bildirib ki, həmin vaxt Ermənistandakı bir çox siyasi qüvvələr müharibənin bitməsini xəyanət kimi qəbul ediblər.

O, həmçinin 1994-cü ilin may atəşkəsindən sonra Ermənistan və separatçı qüvvələrin dünya təcrübəsindən lazımi dərsləri almadığını və bunun sarsıdıcı məğlubiyyətə gətirib çıxardığını etiraf edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top