Bakıdakı Dünya Kuboku ləğv edildi

İDMAN 27 apr 2021, 10:01
Bu il Bakıda keçirilməsi planlaşdırılan güllə və stend atılıcılığı üzrə Dünya Kuboku ləğv edililib.

Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Atıcılıq İdmanı Federasiyası (ISSF) məlumat yayıb.

Səbəb kimi ölkədəki koronavirus pandemiyası ilə əlaqədar vəziyyət və ölkə ərazisində yoluxmuş insanların sayının artması göstərilib. Bunlar nəzərə alınaraq, yarışın Bakıda təşkili uyğunsuz və təhlükəli hesab edilib.

ISSF qərardan məyusluğunu bildirib: "Amma başqa həll yolu yox idi. Çünki iştirakçıların sağlamlığı hamımız üçün prioritetdir".

Qeyd edək ki, Dünya Kuboku 21 iyun - 2 iyulda nəzərdə tutulmuşdu.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top