Azad edilmiş ərazilərə qanunsuz keçən Rusiya vətəndaşı həbs olundu — FOTO

HADİSƏ 26 apr 2021, 19:40
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan dörd nəfər saxlanılıb.

Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyən edilib.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və onlar 10 sutka inzibati qaydada həbs ediliblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top