Kəmaləddin Heydərov: "Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır"

GÜNDƏM 24 apr 2021, 19:59
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov  rəhbərlik etdiyi qurumun Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi  İmran Ağayevin həbsinə münasibət bildirib.

Unikal.org-a açıqlama verən Kəmaləddin Heydərov həbs edilən baş həkimin FHN-nin əməkdaşı olmadığını deyib:

“O, bizim işçimiz deyil. Həbs edilən Baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”. 

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: 

“Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top