Müşfiq Ələsgərli: "Görünən odur ki, Rusiya dəyişmək niyyətində deyil"

GÜNDƏM 24 apr 2021, 12:15
Rusiya "İskəndər M"-lə bağlı suallara belə hədə-şantajlamı cavab verir? Görünən odur ki, bu ölkə dəyişmək niyyətində deyil.  

Demokrat.az xəbər verir ki, bu fikirləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

"Ermənistan mediasında gedən məlumata görə, Azərbaycan tərəfindən axtarışa elan olunmuş müharibə cinayətkarı Araik Arutunyan Moskvaya səfər edib. Bu səfər kimlər tərəfindən təşkil olunur və onun məqsədi nədir? A.Arutunyan Rusiyaya hansı ölkənin pasportu ilə gedib? Müharibə cinayətkarının hər hansı ölkəyə səfəri gözlənilməz və dözülməz haldır. A.Arutunyan müharibə dövründə Azərbaycan şəhərlərini raket atəşinə  tutmaq barədə göstəriş verdiyini etiraf etmiş bir şəxsdir. Separatizmin nə olduğunu öz təcrübəsində görən Rusiyaya belə şəxslərin səfəri başa düşülən deyil. Arutunyanın Rusiyaya səfəri Dağlır Qarabağda sülhməramlı missiya həyata keçirən Rusiyanın bu istiqamətdə fəaliyyətinə də kölgə salır" deyə Müşfiq Ələsgərli qeyd edib.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top