Hazırda 24 hərbçi itkin düşmüş sayılır — RƏSMİ

QARABAĞ 20 apr 2021, 17:49
"İtkin düşmüş 24 nəfər hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən hazırda Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır".

Demokrat.az xəbər verir ki, bu fikirlər Respublika Hərbi Prokurorluğunun yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Murov dağı silsiləsində isə əlverişli təbii şərait imkan verənədək təxirə salınıb.

"O cümlədən həmin hərbi qulluqçularımızın əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir və nəticəsi barədə ictimaiyyətə vaxtaşırı məlumat veriləcək", - məlumatda qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top