Suriyada 200-dək terrorçu hava zərbəsi ilə məhv edildi

DÜNYA 20 apr 2021, 00:45
​Rusiyanın Hava-Kosmik Qüvvələri Suriyanın Palmira şəhəri yaxınlığında terrorçuların təlim bazasına hava zərbəsi endirib.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, zərbə nəticəsində 200-ə yaxın terrorçu və yarım tona yaxın döyüş sursatı məhv edilib.

Suriyada düşmənçilik edən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinın rəhbərinin müavini Aleksandr Karpov bildirib ki, hərbi aviasiya həmçinin terrorçuların iki sığınacağını da məhv etməyə nail olub.

O, bildirib ki, Rusiya hərbçiləri Palmiralnın şimal-şərqində silahlıların maskalanmış bazasının yaradılması haqqında məlumat əldə edib. Bazada ölkənin müxtəlif hissələrində terror aktları ilə məşğul olacaq döyüş qruplarının formalaşdırılması aparılıb. Ərazidə partlayıcı qurğular da toplanılıb.

Rusiyanın Hava-Kosmik Qüvvələri terrorçuların sığınacaqlarını bombardman edib. Zərbə zamanı həmçinin böyuk kalibrli pulemyotların olduğu 24 “pikap” tiöli avtomobil partladılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top