Türkiyənin informasiya savaşında dəstəyi Zəfərimizin uğurlarından biridir — ŞƏRH

SİYASƏT 17 apr 2021, 22:48
“Ermənistan və onun havadarları illərlə bir neçə ölkədə yerləşən və dünyanın siyasi mənzərəsi haqqında fikir formalaşdıran nüfuzlu media orqanlarına zəhər tuluğu kimi yayılmağa müvəffəq olaraq Azərbaycana və Türkiyəyə qarşı əsassız xəbərlər yayır, iki dövlət və tək xalq haqqında qarayaxma xəbərləri tirajlayırdılar. Bu məqsədyönlü fəaliyyət bəzən o qədər kəskin xarakter alırdı ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyip Erdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev də birbaşa hədəf obyektləri olurdular. Birincisi, ona görə ki, cənab Erdoğan hakimiyyətə gəldikdən sonra Qərbin itaətkar müttəfiqi qismində çıxış etməkdən birmənalı şəkildə imtina edərək Türkiyənin xarici siyasətinin konturlarını müstəqil şəkildə formalaşdırır. Eyni tendensiya cənab Prezident İlham Əliyevin xarici siyasətində də prioritet məsələdir. Belə ki, ölkə başçımız Azərbaycanın haqq səsini direktivlərlə deyil, xalqımızın milli maraqlarını əsas tutaraq dünyaya çatdırır, müstəqil xarici siyasət yürüdür”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspert bildirib ki, ermənilər daha öncəki illərdə pulla, müəyyən şirnikləndirici vədlərlə ələ aldıqları media orqanlarında eyni məkirli siyasəti yürütsələr də 44 günlük Vətən müharibəsində Azərbaycan informasiya savaşında da qalib oldu: “Döyüş meydanında kəskin xarakter alan mübarizə, informasiya sahəsində də eyni tendensiya ilə davam edirdisə yenə də qardaş Türkiyə gecə-gündüz demədən hər an yanımızda oldu. Bu işdə isə Türkiyə Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri cənab Fahrettin Altunun əməyi danılmazdır. Məhz onun rəhbərliyi altında Türkiyənin aparıcı və nüfuzlu media kanalları Vətən müharibəsinin həqiqətlərini, erməni vəhşiliyini dünyaya çatdıraraq ermənilərin yalan istehsal edən xəbər maşınını darmadağın edirdi. Türk kanalları Vətən müharibəsi çərçivəsində cənab Prezident İlham Əliyevin müsahibələrini işıqlandırır, Bərdə, Gəncə terrorları ilə bağlı gecə yarısı məhz hadisə yerindən birbaşa canlı bağlantılarla türk və ingilis dillərində haqq səsimizi dünyaya çatdırır, Azərbaycan insanın haqlı olduğu halda necə riyakarcasına qətl edilməsini nümayiş etdirirdi. Burada əsas amil Azərbaycandan işlərin koordonasiyalı, sistemli şəkildə ötürülməsi idi ki, bu özünü Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Hüseyn Altınalanın gecə-gündüz demədən yorulmaz, usanmaz fəaliyyətində özünü büruzə verirdi. Bütün informasiya yükünün mübadilə olunmasında, bu məsələlərin koordinasiya olunmasında onun əməyi danılmazdır”.

Ş.Həsənova vurğulayıb ki, Vətən müharibəsinin üzə çıxardığı reallıq göstərdi ki, informasiya savaşının nəticəyönümlü və uğurla aparılması, idarə olunması eynilə döyüşlərin və diplomatik fəaliyyətin aparılması qədər vacibdir: “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman çox haqlı olaraq qeyd etdiyi kimi ilkin mənbədən olmayan məlumatlara istinadların çox olduğunu nəzərə alaraq Media Koordinasiya Komitəsinin yaradılmasına, media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinə olduqca böyük zərurət var. Beynəlxalq müstəvidə rast gəlinən dezinformasiyaya, böhtan və şərə qarşı birgə iş aparılması olduqca mühüm məsələdir”.

Vətən müharibəsinin üzə çıxardığı reallıq göstərdi ki, informasiya savaşının nəticəyönümlü və uğurla aparılması, idarə olunması eynilə döyüşlərin və diplomatik fəaliyyətin aparılması qədər vacibdir: " Bu baxımdan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qısa zaman kəsiyində müsbət nəticələr əldə olunaraq gördüyü işlər olduqca mühüm əhəmiyyət kəsb etməklə yanaşı, təqdirəlayiqdir. Elə Hikmət Hacıyevin də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən zaman çox haqlı olaraq qeyd etdiyi kimi ilkin mənbədən olmayan məlumatlara istinadların çox olduğunu nəzərə alaraq Media Koordinasiya Komitəsinin yaradılmasına, media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinə olduqca böyük zərurət var. Beynəlxalq müstəvidə rast gəlinən dezinformasiyaya, böhtan və şərə qarşı birgə iş aparılması olduqca mühüm məsələdir"-politoloq vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top