Makqreqor - Porye döyüşünün biletləri bir neçə saniyəyə satıldı


İDMAN 17 apr 2021, 21:17
Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorla ABŞ təmsilçisi Dastin Porye arasındakı 3-cü görüş üçün satışa çıxarılan biletlər qısa zamanda satılıb.

Demokrat.az xəbər verir ki, bu barədə UFC prezidenti Dana Uayt özünün instaqram səhifəsində yazıb.

Onun sözlərinə görə, satışa çıxarılan 20 800 bileti azarkeşlər bir neçə saniyəyə alıb.

Qeyd edək ki, döyüş iyulun 10-da ABŞ-ın Las-Veqas şəhərində UFC-264 turniri çərçivəsində keçiriləcək. Bunadək baş tutmuş 2 görüşdə tərəflər hərəyə bir qələbə qazanıblar.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top