Avropa çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə qoşulur

İDMAN 17 apr 2021, 09:22
Bu gün Azərbaycanın daha 2 cüdoçusu Portuqaliyanın paytaxtı Lissabonda davam edən Avropa çempionatında mübarizəyə qoşulacaq.

Demokrat.az xəbər verir ki, yarışın ikinci günündə 81 kq çəki dərəcəsində çıxış edən Murad Fətiyev və Hidayət Heydərov qüvvəsini sınayacaq.

1/16 finalda Fətiyev türkiyəli Vedat Albayrak, Heydərov isə almaniyalı Niklas Blöxl ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatına aprelin 18-də yekun vurulacaq. Azərbaycan yarışda 9 cüdoçu ilə təmsil olunur. İlk gündə Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top