Bu il Azərbaycanda 510 əkiz, 9 üçəm doğulub

SOSİAL 14 apr 2021, 18:41
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin ilk iki ayı ərzində ölkədə 20 984 doğulan körpə qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsiməlumat yayıb.

Qeyd olunub ki, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13 təşkil edib. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

Bu ilin yanvar-fevral aylarında ölkədə 13 338 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top