Sabiq deputat: “Şuşaya, Kəlbəcərə, Ağdama giriş pullu olsun”

GÜNDƏM 14 apr 2021, 13:03
“Deyilənə görə, "Zəfər parkı"na giriş pulludur. 2 manata. Olsun, lap yaxşı. Ümidvaram ki,ən azından məktəblilər üçün pulsuz olacaq. Amma çox istərdim ki, buradan yığılan pullar "YAŞAT" fonduna köçürülsün”.

Demokrat.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov deyib.

E.Hüseynov bunun vacib olduğunu bildirib: “Hətta çox istərdim ki, gələcəkdə Şuşa və Kəlbəcərə, o cümlədən Ağdama da giriş (təbii ki, istirahətə gələnlər üçün) pullu olsun. Simvoluk 50 qəp. 1 manat və ya kim nə qədər istəsə. Niyə də yox?  Bu gün ölkə boyu az qala bütün şəlalə, göl və s. pullu edilib. Ki, bura filankəs pul qoyub, əziyyət çəkib. İndi istirahət üçün getdiyin həmin məkanlar üçün insanlarımız can qoyub, qan töküb. Onların özlərinə və ya ailələrinə azacıq yardım payımızı vermək niyə də olmasın? Amma yenə də "YAŞAT” Fonduna yığılmaq şərtilə. Elə bilirəm ki, bu hamının ürəyincə olar. Hər kəsə istirahətdən əlavə ruhən və mənən  bir rahatlıq da gətirər...”

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top