Yol polisi İsmayıllıda reyd keçirdi — FOTO

HADİSƏ 13 apr 2021, 22:33
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən  şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər  yol polisi əməkdaşları tərəfindən müəyyən edilib. 

Həmin  şəxslərlə maarifləndirici söhbətlər aparılıb və  15 sürücü barəsində inzibati protokol tərtib olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top