Jurnalistlərin Cəbrayıl və Qubadlıya səfəri başladı — FOTOLAR

QARABAĞ 13 apr 2021, 09:35
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə bir qrup media nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Qubadlı rayonlarına növbəti səfəri başlayıb.

Demokrat.az xəbər verir ki, ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib ki, tədbir iştirakçıları əvvəlcə Cəbrayıl rayonunun Böyük Mərcanlı və Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirəcəklər.

O qeyd edib ki, daha sonra erməni vandalları tərəfindən məhv edilmiş meşə sahəsinin bərpası məqsədilə ağacəkmə aksiyası baş tutacaq: "Səfərin məqsədi işğal dövründə Cəbrayıl və Qubadlı rayonlarında məhv edilmiş yaşıllıq sahələrinə, xüsusi mühafızə olunan təbiət ərazilərinə, çaylara və digər təbii sərvətlərə baxışdır".

İ.İbrahimova deyib ki, səfər zamanı Bərgüşad və Həkəri çaylarının qovuşduğu ərazidə körpə farel balıqlarının çaya buraxılması da baş tutacaq: "Bununla biz ermənilərin törətdiyi ekoloji terrorun fəsadlarını tədricən aradan qaldırılmasına nail olmaqdır".



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top