Hikmət Hacıyev: “Ağdam URBİCİD-in aydın bir nümunəsidir”

QARABAĞ 11 apr 2021, 16:32
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Ağdamla bağlı paylaşım edib.

O, bildirib ki, Ağdamın hazırki vəziyyəti şəhərə qarşı şiddətin aydın bir nümunəsidir:

“Urbisid sözü - hərfi mənada “şəhərə qarşı şiddət” kimi tərcümə olunan termindir. İşğaldan azad edilən, 30 il ərzində Ermənistanın vandalizmi nəticəsində tamamilə dağılıb, talan edilən Ağdam URBİCİD-in aydın bir nümunəsidir.

Ağdam “Qafqazın Xirosiması” adlandırılır”- deyə H.Hacıyev “Twitter” səhifəsində qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top