İrəvan küçələrinə azərbaycanlı şəhidlərin adı verildi — FOTO

HADİSƏ 11 apr 2021, 16:16
Google Maps xəritəsində İrəvan küçələrinin adının dəyişdirilməsi erməniləri hiddətləndirib.

Demokrat.az
-ın məlumatına görə, bu barədə məlumatı “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan özünün Facebook səhifəsində yazıb.

“Həmin xəritəyə baxsaq, mən faktiki olaraq Polad Həşimovun adını daşıyan küçədə yaşayıram”,-deyə erməni deputat qəzəbini boğa bilməyib.

Məlumat Ermənistan KİV-lərində də dərc olunaraq, geniş əks-səda doğurub. Ermənilər bu işdə azərbaycanlı hakerləri ittiham ediblər./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top