Putinlə Ərdoğan Qarabağı müzakirə etdilər

QARABAĞ 09 apr 2021, 20:07
Rusiya və Türkiyə prezidentləri - Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub.

“Report” Kremlinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Qarabağ məsələsini müzakirə ediblər.

R.T.Ərdoğan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların mərhələli şəkildə həyata keçirilməsi, bölgədə sabitliyin bərqərar olması istiqamətində Rusiya tərəfinin səylərini yüksək dəyərləndirib.

Həmçinin V.Putin Ermənistan və Azərbaycan liderləri ilə son danışıqları barədə Türkiyə prezidentini məlumatlandırıb. Tərəflər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası yönündə işləri sürətləndirməyin vacib olmasına dair birgə rəy ifadə ediblər.

Bununla yanaşı, söhbət zamanı İstanbul kanalı layihəsi və s. məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top