Daha bir məktəb koronavirusa görə bağlandı

HADİSƏ 08 apr 2021, 19:46
Oğuz şəhər 3 saylı məktəb-lisey bağlanıb.

Demokrat.az “Report”a istinadən xəbər verir ki, buna səbəb tədris ocağının 5 müəllim və 2 texniki işçisində koronavirus aşkarlanmasıdır.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki, məktəb iki həftə bağlı qalacaq.

Hazırda məktəbdə dərslər onlayn qaydada keçirilir.

Qeyd edək ki, bir müddət əvvəl Qax rayonunda 2, 4 və 5 saylı orta məktəblərin koronavirus səbəbindən bağlandığına dair məlumat yayılıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top