Baş prokuror itkin düşən 25 hərbçinin ailə üzvlərini qəbul etdi

GÜNDƏM 08 apr 2021, 17:10
Baş Prokuror Kamran Əliyev Vətən müharibəsində itkin düşən 25 hərbçinin ailə üzvləri ilə görüşüb.

Bu barədə Demokrat.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluqda görüş zamanı itkin düşən hərbi qulluqçuların ailə üzvləri ilə söhbətlər aparılıb, onların şikayətləri dinlərək, qeydiyyata alınıb.

Məlumata görə, itkin düşən hərbi qulluqçuların ailə üzvlərinin hər biri Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top