"Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyəti yarıtmazdır"

QARABAĞ 06 apr 2021, 21:35
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyəti yarıtmazdır. General-leytenant Rüstəm Muradovun komandanlıq etdiyi heyət Qarabağda operativ fəaliyyət nəzarəti arealında erməni cinayətkarların, rəsmi Bakının beynəlxalq axtarışa verdiyi şəxslərin asudə hərəkətini təmin edir.

Demokrat.az
xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

"Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakovun Xankəndinə səfəri, üçtərəfli bəyanatda nəzərdə tutulmuş 1960 rusiyalı hərbçi üçün gərəkdiyindən artıq kazarmalar, postlar və s.-nin inşa edilməsi də anormallıqdır. Bilavasitə rusiyalı sülhməramlıların "fəaliyyət"i nəticəsində Qarabağın hələlik Bakının nəzarətində olmayan ərazisində terrorçu xunta özünü rahat hiss edir, toplantılar keçirir, binalar tikir. Halbuki general-leytenant Muradov ermənilərə sərbəst şərait yaratmasaydı, banderloqlar bir araya gələ də bilməzdilər. Rusiya rəhbərliyi gec də olsa, dərk etməlidir ki, sülhməramlıların belə davranışı Azərbaycan-Rusiya münasibətlərində problemlər yarada bilər. Belə problem isə Qarabağda yeni risklərin bünövrəsinə çevrilə bilər - deyə E.Alıoğlu qeyd edib.
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top