"Ramiz Mehdiyev həbs edilməlidir, ilanı yaralayıb buraxmaq olmaz"


GÜNDƏM 06 apr 2021, 12:32
"Keçmiş polis işçiləri, vaxtilə hakimiyyətdən qovulmuşlar, dövlətdən milyardlarla vəsait oğurlamış insanlar Ramiz Mehdiyevin ətrafında cəmləşib. Oğurlanan vəsaitləri də siyasi qumara qoyurlar. Azərbaycan xalqı onların siyasi qumarda kimi oynatdıqlarını yaxşı görür və bilir. Əgər ölkədəki sabitliyi qoruyub saxlamaq istəyirlərsə, Ramiz Mehdiyevin həbsi labüddür".

Bunu Pravda.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Partiya sədri bildirib ki, Ramiz Mehdiyev başına dəstə yığıb onu maliyyələşdirir və Azərbaycan dövlətçiliyi əleyhinə qaldırır.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin ətrafına nəzər salanda görünür ki, ətrafı yalnız kriminal, vəzifədən qovulmuş, Azərbaycan dövlətinin əleyhinə çalışan insanlardır: "Ramiz Mehdiyevin AMEA-dakı işləri dəqiq yoxlanılsa, görün ortaya hələ nələr çıxır, nələr... Ölkədə mənəm-mənəmlik edir, Azərbaycan qanunlarına tabe olmaq istəmir. Bütün fəaliyyəti ilə ölkədəki sabitliyi pozmağa çalışır, dövlətə xəyanət edir. Ümumiyyətlə, müəyyən qüvvələrlə birləşib dövlət çevrilişi etmək niyyətindədir. Çünki Ramiz Mehdiyevin xisləti belədir. Bu səbəbdən o, təcili həbs edilməlidir. Bu insanın həbs olunmadığı hər gün ölkənin imicinə mənfi təsir göstərir. Ümumiyyətlə, Ramiz Mehdiyevə bu qədər humanist davranılmasının səbəbini başa düşə bilmirəm".

Hafiz Hacıyev həmçinin qeyd edib ki, AMEA-da təkcə Ramiz Mehdiyev deyil, Elton Məmmədov, Ziya Məmmədov da gizli şəkildə çox ciddi fəaliyyət göstərirlər: "Digər bir sıra nazir və generallar da Ramiz Mehdiyevin ətrafındadır və zaman-zaman gözükölgəli şəkildə vəzifədən qovulan adamlardır. Bu gün onun sərbəst qalması çox təhlükəlidir. İlanı yaralayıb buraxmağa dəyməz, o onsuz da yaralıdır. O vaxtı kürəkənini əli-qolu qandallı apardılar və s. bütün bunları həzm edə bilmir".

Qeyd: AMEA-da aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top