Masallıda qadın kişi dostunun başına butulka çırpdı

HADİSƏ 05 apr 2021, 13:03
Masallıda qadın kişi dostuna butulka ilə xəsarət yetirib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, Masallı şəhərinin Fizuli küçəsi, ev 35 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Cavad Qəzənfər oğlu Əsədovla qadın dostu arasında şəxsi münasibətlər zəminində mübahisə olub.

Qadın butulkanı C.Əsədovun başına çırpıb. Zərbənin təsirindən butulka onun başında sınıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya başın sol gicgah, alın və təpə nahiyələrində kəsilmiş-didilmiş yara diaqnozu qoyulub. Zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top