Samur-Abşeron kanalına maşın düşdü

HADİSƏ 04 apr 2021, 18:03
Bu gün Quba-Xaçmaz yolunda yol nəqliyyat hadisəsi qeydə alınıb. 

Demokrat.az-ın APA-ya istinadən xəbərinə görə, iki "Vaz 2106" markalı maşın toqquşub. 
 
Qəza nəticəsində avtomobillərdən biri Samur-Abşeron kanalına düşüb.  Ətrafdakı insanların köməyi ilə sürücü sudan çıxarılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top