Çində balıqçı qayığı batdı: ölənlər var

DÜNYA 04 apr 2021, 13:06
Çinin şərq sahilində balıqçı qayığının batması nəticəsində azı 12 insan həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Çjeszyan şərq əyalətinin Dənizdə Xilasetmə Mərkəzinə istinadən “PanPay” informasiya resursu bildirib.

"Susiyuy 03434" balıqçı qayığı Çjouşan (Çjeszyan əyaləti) adaları akvatoriyasında batıb. Hadisə zamanı qayıqda 20 nəfər olub. Xilasedicilər 16 nəfəri aşkarlayaraq sudan çıxarmağa nail olublar. Onlardan 12-si ölüb. Daha 4 balıqçı hələ itkin düşmüş hesab edilir.

Axtarış əməliyyatına onlarla xilasetmə və balıqçı gəmisi, həmçinin təyyarə, helikopter cəlb olunub./“Report”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top