“Çindən daha 150 min doza yeni vaksin gətiriləcək” — Nazir müavini


SOSİAL 04 apr 2021, 10:42
“Azərbaycana koronavirus əleyhinə vaksinlərin gətirilməsi işi mərhələli şəkildə davam edir. Bu yaxınlarda Çindən daha 150 min doza yeni vaksin gətiriləcək”.

Demokrat.az
xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov COVAX platforması çərçivəsində ölkəyə göndərilən “Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.

Nazir müavini qeyd edib ki, bu gün ölkədə pandemiya ilə bağlı epidemioloji vəziyyəti idarəolunan səviyyədə saxlamaq mümkün olur: “Təbii ki, virusdan qorunmağın ən effektiv üsul peyvənd olunmadır. Əhali nə qədər tez peyvənd olunsa, bu zaman kollektiv immunitet yaratmaqla bu bəladan müəyyən qədər xilas olunacaq”./“Report”


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top