"Kapital Bank" deputatı məhkəməyə verdi

GÜNDƏM 03 apr 2021, 10:34
"Kapital Bank" deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədovu məhkəməyə verib. 

Demokrat.az
xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir. 

İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib. 

İqbal Məmmədov həm də "Kaspi Yıldız" şirkətinin, Lerikdə yerləşən "Relax" istirahət mərkəzinin qeyri-rəsmi sahibi kimi tanınır.(index.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top