Ermənistan proporsional seçki sisteminə keçdi

DÜNYA 01 apr 2021, 20:50
Ermənistanda parlament seçkilərinin proporsional seçki sistemi üzrə keçirilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

Demokrat.az
-ın məlumatına görə, Ermənistan parlamentinin 82 deputatı Seçki Məcəlləsinə müvafiq dəyişikliyin lehinə səs verib.

Bundan əvvəl Ermənistanda qarışıq seçki sistemi mövcud olub.

Partiyalar üçün 5 faiz, seçki blokları üçü 7 faiz seçki baryeri isə dəyişməyib.

Qeyd edək ki, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top