ÜST rəsmisi: “Peyvəndlərin tətbiqində maneələri aradan qaldırmalıyıq”

DÜNYA 01 apr 2021, 19:12
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanın peyvənd təşkilatçılığının ləng getdiyini vurğulayaraq yoluxma hadisələrinin regional artımına diqqət çəkib.

“TRT Haber” məlumat verir ki, ÜST-nin Avropa üzrə direktoru Hans Kluge bu mövzu ilə əlaqədar açıqlama verib:

“Peyvəndlər bizə epidemiyadan qurtulmağın ən yaxşı yolunu təklif edir”, - deyən Kluge bu peyvəndlərlə bağlı təşkilatçılığın “qəbuledilməz dərəcədə ləng” olduğunu bildirib.

Kluge bu vəziyyətin epidemiya müddətini uzatdığını vurğulayıb:

“İndi istehsalımızı artırmalı, peyvəndlərin tətbiqində maneələri azaldaraq, hər bir peyvəndi istifadə etməli və prosesi sürətləndirməliyik”.

ÜST-dən bildirilib ki, Avropada epidemiya ilə bağlı vəziyyət gördüyündən daha pisdir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top