Ağrı dağı bələdiyyəsi hazırlıqlara başlasa da, layihə həllini gözləyir — VİDEO

DÜNYA 01 apr 2021, 14:26
44 günlük Vətən müharibəsi dövründə prezidentin də dediyi kimi biz kimin kim olduğunu bildik. Vətən müharibəsinin əvvəlindən bizə dost-qardaş olan Türkiyə müharibə dönəmində hər addımda Azərbaycanın yanında oldu, daim ona dəstək nümayiş etdirdi. Bizə dəstək, ruh yüksəkliyi məqsədilə Ağrı dağında Azərbaycan və Türkiyə bayraqlarının təsviri öz əksini tapacaqdı. Məsələ gündəmə gəlsə də, sonradan niyəsə açıq qaldı. 

Millət vəkili Fazil Mustafa Baku TV-yə açıqlamasında sözügedən layihənin yenidən gündəmə gətirilməli və iş adamlarının da bu layihəyə cəlb olunmalı olduğunu bildirib. 

Türkiyənin Vizyon universitetinin prorektoru Hasan Oktay isə qalibiyyətdən sonra ən önəmli məsələnin beynəlxalq arenalardan Qarabağın azadlığını duyurmaq olduğunu qeyd edib. 

Biz öz şanlı qələbəmizlə artıq düşmənə layiqli cavab verdik. Əzəmətli bayrağımız arzuladığımız bütün ərazilərimizdə - əzəli və əbədi torpaqlarımızda dalğalanır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top