Ermənistanda koronavirusa yoluxanların sayı 192 mini ötdü

DÜNYA 31 mar 2021, 11:51
Ermənistanda son sutkada daha 1 148 nəfərdə COVID-19 aşkarlanıb.

Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 192 639-a çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 18 nəfər artaraq 3 515-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 892 nəfərdir. İndiyədək 173 064 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 15 168 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top