Putinin sözçüsü: "Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı münasibətlərimiz var"

XARİCİ SİYASƏT 30 mart 2021, 09:58
“Bizim Azərbaycanla qarşılıqlı hörmətə əsaslanan çox etibarlı, yaxşı münasibətlərimiz var”.

“Report” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov “Arqumetı i faktı” qəzetinə müsahibəsində bildirib.

“Bu münasibətlərin çoxsaylı qarşılıqlı faydalı aspektləri var. Bizim Ermənistanla da yaxşı tarixi münasibətlərimiz mövcuddur”, - o deyib.

D.Peskov hesab edir ki, Dağlıq Qarabağda müharibənin dayanmasında Rusiya prezidenti Vladimir Putinin şəxsən rolu var və bunu hamı yadda saxlamalıdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 sentyabr 2025, 00:28
17 sentyabr 2025, 23:12
17 sentyabr 2025, 22:39
Top