69 yaşlı şəxs qısqandığı üçün arvadını öldürdü

KRİMİNAL 30 mar 2021, 09:35
Arvadını qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb. O, qətli namus üstündə törətdiyini deyir və ifadəsini qapalı iclasda verəcək.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əlixan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismin polis əməkdaşları ifadə verib.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları dindirilən zaman məlum olub ki, onlar daxil olmuş məlumat əsasında qətl baş verən əraziyə gediblər. Hadisə yerində Əlixan Zeynalovu görüblər və onu polis avtomobilinə mindiriblər. Polis əməkdaşları qeyd edib ki, həmin zaman Əlixan Zeynalovun oğlu hadisə yerinə gəlib və ona hücum edərək onu vurmaq istəyib.

Əlixan Zeynalov şahidlər dindirilən zaman söz istəyib. Deyib ki, arvadını qətlə yetirdikdən sonra polisə özü məlumat verib. Məlum olub ki, Əlixan Zeynalovun oğlu uzun müddət Bakı Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi işləyib.

Hakim bildirib ki, Əlixan Zeynalov həyat yoldaşını öldürməsinin səbəbini qapalı məhkəmə iclasında danışmaq istəyir. Növbəti prosesdə Əlixan Zeynalov ifadə verəcək.

Qətl hadisəsi Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib.

Arvadına dörd bıçaq zərbəsi vuran Əlixan Zeynalov dindirmə zamanı qətli qısqanclıq zəminində törətdiyini bildirib.(musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top