"Bu cür hesabatlar quru kağız parçasından başqa bir şey deyil" — Elman Nəsirov

SİYASƏT 29 mar 2021, 23:53
Bir sıra beynəlxalq təşkilatlar var ki, onlar əslində öz sözlərinin sahibi deyillər. Maaliyyələşdirən, mövcudluğunua qərar verən böyük güclər bu təşkilatlardan bir növ rupor kimi istifadə edir. Siyasi maraqlarını həyata keçirmək üçün ideoloji olaraq bu cür metodlardan bəhrələnməyə çalışırlar. "Human Rights Watch" təşkilatı da bu sırada yer alanlardandır.

Demokrat.az bildirir ki, bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, bildirib ki, bu təşkilat dəfələrlə Azərbaycana qarşı münasibətdə qərəzli mövqe ortaya qoyub:

“İftira və yalanla dolu hesabatlar bu təşkilatlar üçün əsas olub. "Human Rights Watch"un növbəti hesabatlarından biri də bu qəbildəndir. Hətta bəzi yanaşmaları ilə bir qədər də irəliyə gediblər. Bu təşkilata da bəllidir ki, 2020-ci ilin 10 noyabr tarixindən etibarən Azərbaycan, Rusiya və Ermənistan siyasi liderlərinin imzaladıqları birgə bəyanatla Qarabağ müharibəsinə son qoyulub. Növbəti mərhələ start götürüb. Bu, siyasi tənzimləmə dövrü hesab olunur. Amma müharibə bitdikdən, yəni 2020-ci ilin 25 noyabrında erməni terrorçuları Azərbaycan mövqelərinə basqın ediblər. İtkilər və yaralılar olub. Adekvart olaraq Azərbaycanın güc strukturları bu terrorçuları həbs edib. Saxlanılanlar 10 noyabr razılaşmasından sonra Azərbaycanın ərazisində terror fəaliyyəti göstərmək istəyində olan silahlılardır. Onların erməni ordusuna heç bir aidiyyatı yoxdur. Müharibənin gedişində saxlanılan bütün erməni hərbçiləri qarşılıqlı razılaşma ilə təhvil verilib”.

Elman Nəsirovun fikrincə, Azərbaycan ərazisində ölkə qanunlarına tabe olmayan istənilən silahlı birləşmə beynəlxalq hüquqa görə terrorçu hesab olunur:

“Müharibənin gedişində olanlar erməni silahlı qüvvələrinin tərkib hissəsi hesab olunurdu. Belə olan halda "Human Rights Watch"un 62 erməni əsilli terrorçunun hərbçi kimi adlandırması tamamilə qanunaziddir. Haqlı olaraq Azərbaycan cəmiyyəti bu təşkilatın yanaşmasına ciddi etiraz edir. Ona görə də erməni lobbisinin şifarişi ilə hazılanmış bu cür hesabatlar quru kağız parçasından başqa bir şey deyil”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top