YapiKredi Müraciət Forması
Dünya

Avropa İttifaqı təmsilçisi Tiflisə gəldi

Avropa İttifaqı təmsilçisi Tiflisə gəldi

Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielson növbəti dəfə vasitəçilik məqsədi ilə Gürcüstanda səfərdədir.

Demokrat.az-ın xəbərinə görə K.Danielson üç gün davam etməsi planlaşdırılan səfəri çərçivəsində hakim "Gürcü Arzusu" partiyası ilə müxalifət arasında Aİ-nin dəstəklədiyi dialoq prosesinə vasitəçilik edəcək. İsveçli diplomatın tərəflərlə müzakirələrə martın 29-da başlayacağı bildirilib.

Qeyd edək ki, K.Danielson martın 19-da hakimiyyətlə müxalifət arasında nəticəsiz başa çatan danışıqlardan sonra Tbilisini tərk edib./Modern.az

D
demokrat.az