Paşinyan Moskvaya gedir

DÜNYA 27 mar 2021, 10:27
Rusiya prezidenti Vladimir Putin Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Məlumata görə, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində onun Vladimir Putinlə görüşü planlaşdırılıb.

Qəzet bu informasiyanı Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, ancaq o cavabında bildirib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.

Bildirilib ki, İkinci Qarabağ müharibəsindən sonra bu onlar arasında ikinci görüş olacaq.

44 günlük döyüşlərdən sonra birinci dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib.(report.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top