"Mançester Yunayted" pandemiyaya görə kredit götürdü

İDMAN 05 mar 2021, 21:04
İngiltərənin "Mançester Yunayted" klubu koronavirus pandemiyası dövründə xalis borcunun artması fonunda 60 milyon funt sterlinq (təxminən 70 milyon avro) kredit götürüb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın borcu 455,5 milyon funt sterlinqdir.

Klub 200 milyon funtluq kredit limitinin 60 milyonundan istifa edib. Klubun 2020-ci ilin son 3 ayında gəliri 2,6 faiz artaraq 172,8 milyon funt olub.

Qeyd edək ki, "Mançester Yunayted" 2020-ci il mayında 140 milyon funt sterlinq borc alıb. Klub bu məbləği yay transfer dönəmində futbolçu almaq üçün istifadə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top