Azərbaycan Premyer Liqasının oyununda karantin qaydaları pozuldu

İDMAN 04 mar 2021, 17:10
Azərbaycan Premyer Liqasında XVIII turun "Sumqayıt" - "Zirə" matçında stadiona azarkeş daxil olub.

Bu barədə "Report"a matçın AFFA nümayəndəsi İlham Əliyev məlumat verib.

Onun sözlərinə görə, "Kapital Bank Arena"da keçirilmiş qarşılaşmada təhlükəsizlik əməkdaşlarının ani diqqətsizliyindən istifadə edən fanat tribunada əyləşərək, oyunun hakimlər briqadasını təhqir edib.

ƏIliyev problemin qısa vaxt ərzində aradan qaldırıldığını və həmin şəxsin ərazidən kənarlaşdırıldığını bildirib.

"Sumqayıt" klubunun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə "Report"a baş verənləri "kiçik anlaşılmazlıq" adlandırıb: "Verilən cəzaya heç bir ehtirazımız yoxdur. Bu barədə ətraflı şərh verməyə ehtiyac duymuruq".

Qeyd edək ki, AFFA İntizam Komitəsi qolsuz heç-heçə ilə başa çatan oyunda Əsasnamənin 9-cu bəndi (oyundan öncə, oyun vaxtı, oyundan sonra hakimlər briqadasının təhlükəsizliyini təmin etmək) pozulduğu üçün meydan sahiblərini 800 manat məbləğində cərimələyib.

Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarına əsasən, idman yarışlarına azarkeşlərin buraxılması qadağandır. Bu hadisə isə onu göstərir ki, Sumqayıtdakı matçda Əsasnamə ilə yanaşı, karantin qaydaları da pozulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top