"Bəzən mən də siyasətə qarışıram" — Tolik YAP-ın növbədənkənar qurultayından DANIŞDI


SOSİAL 02 mar 2021, 20:12
Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirilməsi planlaşdırılır.

Demokrat.az
-ın xəbərinə görə, məsələ ilə bağlı Yenisabah.az-a və danışan 2004-cü ildən bəri YAP-ın üzvü, tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) partiyanın tərkibinin yenilənəcəyini düşündüyünü deyib:

“Mən siyasət adamı deyiləm, amma bəzən mən də siyasətə qarışıram. Məncə, bu qurultayda hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini vəzifəsini əvvəllər icra edən Siyavuş Novruzovun yerinə kimsə seçiləcək. Qalan şeyləri bilmirəm, istəmirəm dərinliyə gedim. Çünki bu haqda çox da məlumatlı deyiləm, atam 40 gündür dünyasını dəyişib, özümdə olmamışam. Keçən il bu sual mənə verilsəydi, çox şeylər danışardım, amma hazırda yox. Heç qurultayın olacağından xəbərim yox idi. İnanmıram pandemiyaya görə qurultay olsun, olsa da yəqin, onlayn olar. Özümü ağıllı göstərib, yalandan informasiya verə bilmərəm”.

Əməkdar artist Elza Seyidcahan qurultay olarsa, bir sıra müsbət yeniliklərə imza atılacağına inandığını qeyd edib:

“Qurultay olacaqsa, bu haqda müsbət düşünürəm. Yeni Azərbaycan Partiyası günü-gündən inkişaf edir. Qələbədən sonra partiyada daha yaxşı yeniliklər olacağına inanıram. İnşallah işğaldan azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər və YAP-a daha çox gənc axın edər. Bu bizə Ulu öndər Heydər Əliyevdən bir töhfədir, Allahın zinətidir. Bir yerdə ki, Yeni Azərbaycan Partiyasının adı var, əlbəttə də o adı Allah günü gündən yeniləyəcək, gözəlləşdirəcək. Mən də bir bəstəkar olaraq hər zaman YAP-ın özəl günlərində öz əsərlərimlə, musiqilərimlə çıxış etməyə hazıram, bunu özümə borc bilirəm. Ümid edirəm ki, 2025-ci ildə  YAP-ın xətti ilə millət vəkili adını daşıya bilərəm. Namizədliyimi yenə verəcəyəm, inşallah, arzuma nail olaram”.

Demokrat.az
 
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top