Paşinyan geri çəkildi: "Rusiya silahları ən yaxşı silahlardır"

DÜNYA 02 mar 2021, 16:50
Ermənistanın baş naziri Nikol Paşinyanın partiyasının idarə heyətinin üzvü Alen Simonyan Rusiya istehsalı silahlar barədə jurnalistlərin suallarını cavablandırıb. 

Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Simonyan jurnalistlərə açıqlamasında rus silahlarının ən yaxşı silah olduğunu bildirib:

"Mən inanıram ki, Rusiya silahları ən yaxşı silahdır və müharibə dövründə Rusiyanın Ermənistana dəstək olduğunu hamımız bilirik”.

Qeyd edək ki, bir neçə gün əvvəl Paşinyan çıxışı zamanı Rusiya istehsalı olan “İskəndər” rəketlərinin müharibədə istifadəsi zamanı yalnız 10 faizinin partladığını bildirmişdi. Daha sonra isə Paşinyanın partiyası açıqlama verərək raketlərlə bağlı məlumatların baş nazirə düzgün çatdırılmadığını bildirmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top