Nazirdən BMT və Azərbaycanın imzaladığı əməkdaşlıq sənədi ilə AÇIQLAMA

İQTİSADİYYAT 01 mar 2021, 20:51
“Bu sənədin imzalanması həmkar qurumların, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatı ailəsinə daxil olan təşkilatların birgə fəaliyyətin nəticəsidir”.

Bu sözləri İqtisadiyyat Naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıq müqaviləsi imzalandlqdan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, sənədin əsas hədəfləri ölkəmizin milli inkişaf prioritetləri ilə uyğunluq təşkil edir. 

“Bu sənəd davamlı inkişaf məqsədlərini əks etdirir. Əsas dörd istiqamətdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub. Bu istiqamətlərdən birincisi, inkluziv artımın təmin edilməsi, ikincisi göstərilən sosial xidmətlər sahəsində institutların inkişaf edilməsi, üçüncüsü müxtəlif sahələrdə gender bərabərliyinin təmin edilməsi, dördüncü olaraq isə qadınların həyatın müxtəlif sahələrində inkluzivliyinin, aktivliyinin və iştirakının təmin edilməsidir. Bu məqsədlə müvafiq işçi qrupları və idarəedici komitə yaradılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top