Paşinyan Sarkisyana qarşı: “Prezidentin qərarı anlaşılmazdır”

DÜNYA 28 fev 2021, 23:26
Ermənistanın Baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyanın onun Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı vəsatətini geri qaytarmasını tənqid edib.

Demokrat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə o, feysbukda videomüraciəti zamanı deyib:

“Prezidentin qərarı anlaşılmazdır. Bu məsələni sabah mitinq zamanı da vətəndaşlarla danışacağam. Mən göstərəcəyəm ki, prezidentin qərarı əsassızdır, heç bir hüquqi əsası yoxdur. Bu faktın təsdiqindən sonra müəyyən nəticələr çıxarmaq olar”.
 
Paşinyan bildirib ki, sabah tərəfdarlarının mitinqində polislə toqquşmaların 10 nəfərin ölümünə səbəb olduğu 1 mart 2008-ci il hadisələrinə də toxunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top