ABŞ iqtisadiyyatı 1,9 trilyon dollarlıq stimullaşdırılacaq

DÜNYA 27 fev 2021, 22:09
ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirus (COVID-19) pandemiyası fonunda 1,9 trilyon dollar dəyərində iqtisadi stimullaşdırma paketini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, müvafiq qanun layihəsinin lehinə 219 nəfər səs verib, 212 nəfər isə bu qanuna qarşı çıxıb.

Daha sonra sənədi Senat qəbul etməli və ABŞ Prezidenti Cozef Bayden imzalamalıdır.

Layihədə əksər vergi ödəyicilərinə 1 400 dollarlıq çek göndərilməsi, eləcə də federal səviyyədə minimum əmək haqqının saatda 15 dollara çatdırılması öz əksini tapıb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top