Prezident: “Xarici hərbçilərin Azərbaycan ərazisində olması keçici haldır”

QARABAĞ 26 fev 2021, 13:06
“Xarici hərbçilərin Azərbaycan ərazisində olması keçici haldır. Bu hərbi baza anlamına gəlmir. Onlar sülhməramlı missiyanı icra edirlər”.

Bu sözləri Prezident İlham Əliyev xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət Başçısı bildirib ki, hərdən müəyyən problem çıxısa da, amma bütövlükdə Rusiya sülhməramlılarının fəaliyyəti qənaətbəxşdir.

“Bu fəaliyyət 5 il müddətində nəzərdə tutulub. 5 ildən sonra Azərbaycan fərqli fikir sərgiləsə fəaliyyətinə son veriləcək”.

İ.Əliyev vurğulayıb ki, Rusiya-Türkiyə monitorinq mərkəzi önəmli faktorudur: “Bildirməliyəm ki, bəzən dünyada və Azərbaycanda rus sülhməramlı missiyasının fəaliyəti ilə.bağlı o qədər dəqiq olmayan fərziyyələr irəli sürülür. Onlar Azərbaycan ərazisinə azərbaycanlı əhalinin qayıtması üçün rol oynayacaq. Hesab edirəm ki, onların fəaliyyəti müsbətdir. Əminəm ki, belə də davam edəcək.

“Azərbaycanda əcnəbi hərbi qüvvələrin yerləşməsi müzakirə olunmur”-deyə İ.Əliyev bəyan edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top