“Azərişıq” Şuşanın abunəçi kodunu aktivləşdirdi

SƏNAYE VƏ ENERGETİKA 25 fev 2021, 13:03
“Azərişıq” ASC ötən il noyabrın 8-də işğaldan azad edilmiş Şuşa şəhərinin abunəçi kodunu sistemə əlavə edib.

“Report”un əldə etdiyi məlumata görə, artıq ilk abunəçilərə kodlar təqdim edilib.

Kodları ilkin olaraq şəhərdə fəaliyyət göstərən dövlət strukturları alıb və sayğaclar quraşdırılıb.

Yeni abunə kodu Şuşanın avtomobil nömrəsi seriyası olan 58 rəqəmi ilə başlayır. Əhali qrup abunəçilər üçün 15, qeyri-əhali qrupu üçün isə 9 simvoldan ibarət kod müəyyən edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top