Paşinyanı ələ salan general İŞDƏN ÇIXARILDI — FOTO

DÜNYA 25 fev 2021, 00:24
Ermənistan ordusunun Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryan işdən azad olunub. Modern.az xəbər verir ki, bu barədə prezident Armen Sarkisyan sərəncam verib.

Tiran Sarkisyanın istefaya göndərilməsinin səbəbi kimi Paşinyanın “İsgəndər” raketlərinin döyüşə yararlı olmaması barədə dediklərinə rişxənd etməsi göstərilir. Jurnalistin Paşinyanın həmin çıxışı ilə bağlı verdiyi suala general gülərək cavab vermişdi.

“”İsgəndər raketinin döyüşə yararsız olması əlbəttə mümkün deyil. “İsgəndər”? Bir atış?...Cəmi 10%?...Üzr istəyirəm, əlbəttə bu qeyri-ciddi iddiadır”- deyə Xaçatryan rişxəndlə cavab vermişdi.

Xatırladaq ki, Tiran Xaçatryan ötən ilin oktyabrında Qarabağda gedən döyüşlərə görə baş nazir Nikol Paşinyan tərəfindən Ermənistanın Milli Qəhrəmanı adını layiq görülmüşdü.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top